Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan daha bir müttəfiqini itirdi

Ermənistan daha bir müttəfiqini itirdi


"Suriyada Əsəd hakimiyyətinin devrilməsi ilə Ermənistan daha bir müttəfiqni itirdi".

Newscenter.az xəbər verir ki, bunu "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Suriyada baş verən prosesləri dəyərləndirərkən səsləndirib. İctimai Birlik sədri Əsəd rejiminin hər zaman Ermənistana dəstək verdiyini, hətta Birinci Qarabağ Müharibəsi zamanı suriyalıların muzdlu kimi Ermənistan tərəfindən Azərbaycana qarşı vuruşduğunu diqqətə çəkib. Arzuman Muradlı deyib ki, Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Ordusunun qarşı tərəfdən məhv etdiyi silahlılar arasında Suriyalı mənşəlilərin olması faktı dəfələrlə öz təsdiqini tapıb:

"Indi artıq Suriyada yeni bir dönəm başlayır. Bu mərhələdə Suriyada əsas söz sahibi Türkiyə olacaq. Çünki Suriyanın istər sabitliyə qovuşması, istərsə də bu ölkənin terror birləşmələrindən təmizlənməsində Türkiyənin rolu danılmazdır. Qısa müddət ərzində Türkiyə Suriyada xeyli sayda terror birləşmələrini zərərsizləşdirib. Bundan sonrakı mərhələdə isə Suriyanın yenidən qurulması prosesi həyata keçiriləcək".

Bu arada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng vurmasına diqqət çəkən Arzuman Muradlı, görüşdə Suriyadakı mövcud durumun da müzakirə edildiyini vurğulayıb və bildirib ki, bütün möəsələlərdə olduğu kimi Suriyanın yenidən qurulmasında da Azərbaycan Türkiyə ilə çiyin-çiyinə çalışacaq.

Süleyman
Xəbəri paylaş