Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pərakəndə ticarətin həcmi artıb

Pərakəndə ticarətin həcmi artıb


Oktyabr ayında ticarət satış həcmi illik bazda 7,2 faiz, pərakəndə satış həcmi isə illik bazda 15 faiz artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ticarət satış həcmi oktyabr ayında bir əvvəlki ilin eyni ayına görə 7,2 faiz artdı. Həmin ayda topdan və pərakəndə ticarət və avtomobillərin və motosikletlərin təmiri üzrə satış həcmi 9,2 faiz, topdansatış ticarətinin həcmi 3,8 faiz, pərakəndə ticarətin həcmi isə 15 faiz artıb.


Oktyabr ayında ticarət satış həcmi bir əvvəlki aya görə 1,9 faiz azalıb. Həmin ayda topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə satış həcmi 1,4 faiz, topdansatış ticarətinin həcmi 3,4 faiz, pərakəndə ticarətin həcmi isə 0,2 faiz artıb.

Anar Əliyev
Xəbəri paylaş