2024-cü ildə Qazaxıstan Elektron İştirak İndeksinə (EPI) görə 27-ci yeri tutub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu göstəriciyə görə Qazaxıstan Azərbaycanı geridə qoyub.
BMT-nin məlumatına görə, Qazaxıstan ardıcıl olaraq reytinqdə iştirak edən 293 ölkə arasında ilk 30-luqdadır.
Müqayisə üçün qeyd edək ki, MDB ölkələri arasında Moldova 49-cu, Özbəkistan 53-cü, Rusiya 66-cı, Azərbaycan və Belarus 88-ci, Qırğızıstan 94-cü, Tacikistan 141-ci, Türkmənistan 189-cu yerdədir.
Reytinqdə Ukrayna liderdir. Bundan əlavə, Yaponiya və Danimarka ilk üçlüyə daxil olub.
Mehman Mehdiyev