Uzun illərdir ki, donqili müxalifət hakimiyyətin həbs etdiyi bütün şəxslərin ədalətsiz həbs olunduğunu bildirərək, onları yalançı "qəhrəman"-lara çevirirlər. Əvvələr hakimiyyətin yanında olub , daha sonra isə yaramaz və yarıtmaz düşüncələrinə görə, əsasəndə dövlətin düşmənlərinin dəyirmanına su tökənlər vəzifədən və ya mandatdan məhrum oldular. Donqili müxalifət isə onlara qucaq açır. Nəyə görə? Bəs siz bir-birinizə düşmən idiniz. İndi nə dəyişdi?
Dəyərli soydaşlar, əslində burada səbəb sadədir. Çünki qucaq açanlar, özüdə kiminsə qucağında yer alanlardır və yer aldıqları qucaqlarda eynidir. Olsun, o da onların seçimidir. Biz demokratik ölkədə yaşayırıq, seçim azaddır.
Bunların içində bəzən həbs olunanlar da olur. Dərhal başlayırlar qucaqlarındakıları silkələməyə, bu zavallılarda silkələnmək istəmədiklərinə görə cinayətkarları müdafiə etmək məcburiyyətində qalırlar.
Əslində, xronoloji ardıcıllığa baxsaq kimlərin həbs olunduğunu, kimlərin kimləri müdafiə etdiyini, hər şeyi açıq-aydın görmək olar, mənzərə aydındır. Bu panoramanı yaradanlar, özlərinin bam-başqa bir “ekzotik”görünüşə malik olduqlarını bilmirlər. Çünki onların arxalarından xəbərləri yoxdur, başa salanlarıda yoxdur ki, bu eybəcər vid necə pis görsənir. Xatırladım ki, başa salanların başıda elə öz siyasi florasına qarışıb.
Donquli müxalifətin məntiqi ilə guya ki, bu ölkədə həbs olunanlar hamısı haqsız-ədalətsiz həbs olunur. Onda nəyə görə bütün dünyada, o cümlədən, sizi qucaqlayan dövlətlərin həbsxanalarında məhrumiyyətlərə düçar olan, ədalətsiz tutulan şəxsləri müdafiə etmirsiz? Sizin dayaz düşüncəniz bunu diktə edir ki, hamı haqsız tutulur. Müdafiə etdiyiniz tutulan şəxslərin bir hissəsi ilə bağlı, cəmiyyətdə kifayət qədər mənfi reputasiya var. Çünki onlar dövlətin milli dəyərlərinə, mentalitetinə, konstitutsiya ilə təsbit olunan dəyərlər sisteminə zidd hərəkətləri ilə gündəm olub. Əgər onların da müdafiəsi, sizin prioritet siyasi xəttinizə çevrilibsə...görün indi siz nə gündəsiniz.. özünüzü nə günə qoymusunuz. Dünya həbsxanaları sizin məntiqinizlə olamalıdır. İnsanlar islah olmamalıdır. Biz sizin bu xəstə təfəkkürə hardan yoluxduğunuzu bilirik. Sevindirici hal odur ki, bu keçirici xəstəlik deyil, keçicidir. Keçirici xəstəlik olsaydı bu hakimiyyət mütləq sərt və alternativ yeni bir tibb müəssəsi tikəcəkdi. Yox əgər keçicidirsə, onda Səhiyyə Nazirliyindən xahiş edirəm ki, mütləq tezliklə fəaliyyət proqramınıza bunu daxil edin. İcazə verin onlar müalicə olunsunlar, bu xəstəlik çox yayılmamış qarşısını alın.
Bu siyasi məhbus oyununun arxasında nə dayandığı hamıya bəllidir. Dövlətin müstəqilliyini təhlükə altına atmağa çalışan, nəzarət altında saxlamaq istəyən ölkədən kənar qüvvələr, daxili qüvvələrlə iş birliyində olarsa, kimliyindən aslı olmayaraq dövlət bu prosesə sərt mövqedə durmalıdır, necə ki, durur da.
Dövlət olaraq bizim suverinliyimiz, müstəqilliyimiz, maraqlarımız öndə olmalıdır. Yoxsa, maliyyə müqabilində kimlərinsə sifarişlərini həyata keçirənləri müdafiə etmək, onları siyasi məhbus kimi qələmə vermək bu ən az onlar qədər cinayətkar biri olmaq olardı. Dövlət oyuncaq deyil və sizdə körpə uşaq deyilsiniz. Nadinclik etməyin anlamı və mənası yoxdur. Çox nadinclik etsəniz valideyn şilləsi ilə üz-üzə qalarsınız.
Bir məsələni də deyim ki, sizi bərk qucaqlayan xarici qüvvələr onsuz da gün gələcək sizi buraxacaqlar. Çünki siz onların öz maraqlarına uyğun olaraq istifadə olunursunuz. Mütləq bunuda nəzərə alın.
Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri