Cari ilin yanvar-noyabr dövründə Şərqi Qara dənizdən Türk Dövlətləri Təşkilatı ölkələrinə 32 milyon 934 min 728 dollar ixrac edilib.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki, bölgədən Türk Dövlətləri Təşkilatı ölkələrinə 25 sektordan ixrac edilib.
Sözügedən dövrdə ixracdan 32 milyon 934 min 728 dollar mənfəət əldə edildi.
Ən çox ixrac edilən sektor 4 milyon 419 min 455 dollarla dənli bitkilər, paxlalılar, çörək məhsulları və şokolad məhsulları olub. Bu məhsulları 4 milyon 374 min 376 dollarla kimya və məmulatları, 3 milyon 146 min 57 dollarla mebel və ağac məmulatları izləyib.
Mehman Mehdiyev