Suriyada hazırda üç ölkənin təsir imkanları olduqca genişdir. ABŞ, Türkiyə və İsrail.
İsrail yaranmış gərgin situasiyadan istifadə edərək bufer zona adı altında Qolan təplərinin tamamını işğal edir. Ölkənin yeni rəhbəri Məhəmməd Colani isə Təl-Əvivlə müharibə etməyə güclərinin olmadığını qeyd edərək İsrailin addımlarını görməzdən gəlir. Belə də olmalı idi. Çünki dərinliyə getməyərəkdən qeyd edim ki, Colanin yetişdirilməsində İsrail və ABŞ-ın rolu böyükdür".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Pərviz Mirizadə səsləndirib. O deyib ki, Suriyada varlıq göstərən daha bir qruplaşma, özünü demokratik qüvvələr adlandıran, əslində PKK-nın Suriya qolu olan YPG, PYD və onlarla bərabər bir neçə terrorist təşkilat Fərat çayının qərb sahilində kifayət qədər böyük və təbii sərvətlərlə zəngin ərazilərə nəzarət edir:
"Onların əlində hazırda Suriya neftinin 75%-i, təbii qazın 78%-i, münbit torpaqların 73 və içməli su ehtiyatlarının 70%-i cəmləşib. YPG və PYD Suriyanın şimalından Aralıq dənizi sahilinə qədər yeni bir Kürdistan dövləti qurmaq istəyirlər. Onlara sözügedən kontekstdə Vaşinqton başda olmaqla Qərb ciddi dəstək nümayiş etdirir və Türkiyə əleyhinə proseslərə cəlb edir. Bu səbəbdən rəsmi Ankara israrla sərhədlərində yeni bir dövlətin qurulmasına qarşı çıxır və buna icazə verməyəcəyini qeyd edir. Təbii ki, AKP iqtidarı mövqeyində prinsipialdır və elə bir addım atılacağı təqdirdə heç şübhəsiz hərbi güc tətbiq edəcəkdir. Bizim üçün də Suriyada baş verən proseslər olduqca əhəmiyyət kəsb edir. Çünki orada yaşayan türkmənlər məhz biz azərbaycanlıların bir hissədir və rəsmi Bakı Suriya siyasətində Ankara ilə birgə addımlar atacaqdır".
Anar Əliyev