Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob təşkil edib.
Newscenter.az xəbər verir ki, doğma yurda qayıtmağa hazırlaşan keçmiş məcburi köçkünlərin bir qrupu ilə Bərdə şəhərində “Birlikdə qayıdırıq” şüarı altında fləşmob keçirilib. Müxtəlif peşə sahiblərinin iştirakı ilə həyata keçirilən fləşmobda keçmiş məcburi köçkünlər “Yurdumuza peşəmizlə dönürük” deyiblər.
Fləşmob haqqında hazırlanmış videoçarxı təqdim edirik.
Süleyman