Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buğda istehsalı artacaq

Buğda istehsalı artacaq


2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının 2023/2024-cü ilə nəzərən 2 milyon ton artaraq 793 milyon ton olacağı proqnozlaşdırılır.

Newscenter.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair qısa icmalında qeyd edilib.

Bildirilib ki, məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 5 milyon ton azalaraq 1060 milyon ton olacağı gözlənilir.

Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə isə 3.2% azalaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.


Anar Əliyev


Xəbəri paylaş