Çin Qazaxıstana Atom Elektrik Stansiyasının tikintisində dəstək olacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən məsələ Qazaxıstan Energetika Nazirliyinin rəhbərinin çinli tərəfdaşları ilə nüvə enerjisi, neft-qaz layihələri və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığa dair apardığı müzakirə zamanı gündəmə gəlib.
Qeyd edək ki, dekabrın 10-dan 13-dək Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevin rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Çində işgüzar səfərdə olub. Satkəliyev Çin Dövlət Enerji Administrasiyasının rəhbəri H.Vanq və ÇXR Atom Enerjisi Agentliyinin sədr müavini Ts Liu ilə görüşüb.
Tərəflər nüvə enerjisi, neft-qaz, elektrik enerjisi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Eyni zamanda, Çin tərəfi AES-in həyata keçirilməsində Qazaxıstana yüksək səviyyədə dəstək verməyə hazır olduğunu bildirib.