Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq

Dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq


"Hərbi xidmətlə bağlı Milli Məclisdə müzakirə edilən dəyişikliklər - yaş həddinin 35-dən 30-a endirilməsi, hərbi xidmət müddətinin 1,5 ildən 1 ilə endirilməsi və digər dəyişiklər qəbul edilərsə, bundan kimsə uduzmaz. Dövlət də udar, vətəndaş da".

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, əksinə, kəmiyyət göstəriciləri üzrə olan dəyişiklik dövlətə imkan verəcək ki, bunu keyfiyyət göstəricilərinin daha da yüksəltməsinə çevirsin:

"Ən azı, dövlət böyük həcmdə maliyyə vəsaitlərinə qənaət etmiş olacaq ki, bu da həmin vəsaitin daha effektiv istifadəsinə imkan verəcək.

Ölkə vətəndaşlarına gəlincə isə, bu az qala hər bir ailəyə müxtəlif istiqamətlərdə müsbət təsirini göstərəcəkdir. Odur ki, həm dövlət, həm də vətəndaşlar üçün bu dəyişiklikləri önəmli hesab edir və birmənalı olaraq dəstəkləyirəm".

Anar Əliyev
Xəbəri paylaş