"Dövlət Şəhərsalma və Arxitektura Komitəsiinin verdiyi məlumata görə, təkcə Bakı şəhərində 200-ə yaxın qəzalı bina var. Hesab edirəm ki, həmin binaları yeniləri ilə əvəz etmək lazımdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili qeyd edib ki, xüsusilə beşmərtəbəli və doqquzmərtəbəli binaların yenilənməsi, onların yerinə yeni binaların tikilməsi zəruridir:
"Düzdür, son illərdə bu istiqamətdə lazımı addımlar atılır. Ancaq bəzi hallarda sahibkarların, tikinti şirkətlərinin müraciətlərinə uzun müddət caavab verilmir".
Süleyman