Mal ətinin dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair qısa icmalına istinadən bildirir ki, noyabr ayında dünya bazarında 1 kiloqram ətin qiyməti əvvəlki aya nisbətən 2.0% artaraq 6.2 ABŞ dolları səviyyəsinə yüksəlib.
Məlumata görə, bir il ərzində mal ətinin qiymətində ən yüksək göstərici cari ilin avqust ayında qeydə alınıb. Belə ki, qeyd edilən müddətdə dünya bazarında bir kiloqram mal ətinin qiyməti 6,34 dollar təşkil edib. Ən aşağı qiymət isə keçən ilin dekabrında 1 kiloqram üçün 4,79 dollar olub.
Anar Əliyev