Pambığın dünya bazar qiymətində qeyri-sabitlik müşahidə olunur.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair qısa icmalına istinadən bildirir ki, noyabr ayında pambığın 1 kiloqramının qiyməti (“A Index”) əvvəlki aya nisbətən 2.3% azalaraq 1.8 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Məlumata görə, son bir il ərzində pambığın qiymıətində ən yüksək göstərici cari ilin mart nayında qeydə alınıb. Belə ki, 2024-cü ilin mart ayında dünya bazarında pambığın 1 kiloqramının qiyməti 2,20 dollar təşkil edib. Ən aşağı qiymət isə cari ilin avqustunda 1 kiloqram üçün 1,76 dollar olub.
Mehman Mehdiyev