Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal buğda ehtiyatları azalır

Qlobal buğda ehtiyatları azalır


Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 2024/2025-ci məhsul ilində 3.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.

Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair qısa icmalına istinadən bildirir ki, nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.

Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 1.0% azalaraq (382 milyon ton) olacağı proqnozlaşdırılır.

Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (444 milyon ton) olacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş