Qazaxıstan və Rusiya sərhədində yük maşınlarının hərəkətinə məhdudiyyət tətbiq edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, dekabrın 13-nə keçən gecədən etibarən Rusiya Federasiyasına gedən 450-500-ə yaxın yük maşını “Srım” keçid məntəqəsində iqalıb.
Pis hava şəraiti ilə əlaqədar Rusiya Federasiyasının Qərbi Qazaxıstan vilayəti və Samara vilayətinin ərazisində də yük avtomobillərinin sıxlığı yaranıb.
Rusiya Federasiyasında federal magistrallarda da güclü qar və çovğun səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
Mehman Mehdiyev