Dünya bazarlarında südün qiymətində ucuzlaşma müşahidə edilir.
Newscenter.az Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair qısa icmalına istinadən bildirir ki, 2024-cü ilin oktyabr ayında ABŞ bazarında süd xammalının 1 tonunun fermadan satış qiyməti 1.1% azalaraq 556 ABŞ dolları olub.
Eyni dövrdə Yeni Zelandiya bazarında isə qiymət 3.3% artaraq 439 ABŞ dollar təşkil edib.
Oktyabr ayında 1 tonunun fermadan satış qiyməti əvvəlki ay ilə müqayisədə Avropa İttifaqında 1.3% azalaraq 557 ABŞ dollar səviyyəsində qərarlaşıb.
Anar Əliyev