"Vaxtilə bir neçə dəfə səfir təyin olunmuş bəzi yaşlı diplomatlar bu gün işsizdirlər. Onlara nə XİN-də, nə digər əlaqədar orqanlarda müvafiq iş yoxdur".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Millət vəkili deyir ki, onlar hələ də işləmək istəyirlər və həmin kadrların təcrübəsindən, potemnsialından hansısa şəkildə istifadə etmək olar.
Deputat hesab edir ki, bunun üçün hansısa beyin mərkəzi, yaxud hansısa strateji mərkəzlər yaratmaq olar.
Süleyman