Türkiyədə toyuq əti istehsalı artıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, toyuq əti istehsalı oktyabr ayında bir əvvəlki ilin eyni ayına görə 11,6 faiz artaraq 227 min 675 tona çatıb..
Məlumata görə oktyabr ayında 227 min 675 ton toyuq əti istehsal edilib. Nəticədə istehsal illik 11,6 faiz, aylıq isə 6,3 faiz artıb.
Toyuq yumurtası istehsalında da oktyabr ayında artım qeydə alınıb. Belə ki, yumurta istehsalı aylıq bazda 2,9, faiz,keçən ilin eyni ayına görə isə 2,6 faiz artıb. Bu dövrdə 1 milyard 881 milyon 358 min ədəd toyuq yumurtası istehsal olunub.
Oktyabr ayında kəsilən toyuqların sayı illik bazda 9,5 faiz artaraq 122 milyon 744 min baş olaraq qeydə alınıb.
Anar Əliyev