"ABŞ dövlət katibi Entoni Blinkenin Türkiyəyə səfəri baş tutub və o, Türkiyə xarici işlər naziri Hakan Fidanla Ankarada görüşüb. Sözsüz ki, səfərin məqsədi Suriyada baş verənlərlə bağlıdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, Suriyada qüvvələrdən biri hesab edilən PKK/PYD qruplaşmasının arxasında duran ABŞ və İsraildir:
"Onlar son hadisələrdən dolayı çox narahat görünürlər. O baxımdan Blinkenin Türkiyəyə səfəri ortada olan bəzi anlaşılmazlıqlarla bağlıdır. Verilən məlumatlara görə artıq bir çox məsələlərdə razılıq əldə olunub və Suriyada vəziyyətin stabilləşməsi istiqamətində önəmli addımlar atılır. Bundan əlavə ABŞ, Rusiya və İranın bölgəyə geri dönməməsi istiqamətində və başqa radikal qüvvələrin Suriyada yenidən məskunlaşmaması üçün, Türkiyənin nüfuzundan istifadə etməyə çalışır. Belə görüşlər gözlənilirdi və bundan sonra da davam edəcək. Çünki, Türkiyə artıq bu coğrafiyada ana güc rolunu oynayır və ABŞ bunu başa düşür".
Anar Əliyev