Bu ilin yanvar-noyabr aylarında Türkiyənin Çinə ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 2,8 milyard dollara çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ölkəyə ən çox ixrac 1,5 milyard dollarla mədənçıxarma məhsulları olub.
Bildirilib ki, iki ölkə arasında təbii sərvətlər, ənənəvi enerji və infrastruktur kimi sahələrdə əməkdaşlıq durmadan artdığı halda, 5G şəbəkəsi, biologiya, tibb, əczaçılıq, pilotsuz qatar vaqonları və yeni enerji kimi sahələrdə əməkdaşlıq inkişaf etməkdə davam edir.
Bu təmaslar çərçivəsində Pekində Türkiyə ilə Çin arasında ən yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Türkiyə-Çin Hökumətlərarası Əməkdaşlıq Komitəsinin ikinci iclası keçirilib.
Mehman Mehdiyev