Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda hicabla bağlı yeni qanunda nələr nəzərdə tutulur?

İranda hicabla bağlı yeni qanunda nələr nəzərdə tutulur?


İran parlamenti ciddi geyim qaydalarını pozan qadınlara qarşı cəzaları artıran yeni hicab qanunu qəbul edib. Amma bu qnun təkcə hicabla bağlı deyil, qadınların cəmiyyətdə özlərini necə aparmalı olduqlarını müəyyən edən digər məsələri də əhatə edir. Ölkə prezidenti Pezeşkian özü belə parlament tərəfindən bu qanunun qəbul edilməsini geriyə addım kim dəyərləndirib. Lakin qanun onun təsdiqi olmadan da qüvvəyə minə bilər. Yeni qanun geyinməyi cinayət hesab edir və bu hallar mövcud olarsa cəzaları daha da sərtləşdirir.

Qanun onun tələblərini pozan qadın və qızlar üçün şallaqlanma, ağır cərimələr, həbs cəzaları, təhsilə və işləməyə məhdudiyyətlər nəzərdə tutulub.

Hüquq müdafiəçilərinin dəyərləndirmələrinə görə , yeni qaydalar toplusu iranlı qadınlara qarşı repressiyaların artmasına şərait yaradacaq və onların gündəlik fəaliyyətlərini daha da məhdudlaşdıracaq.

Qanun artıq İran parlamenti və yüksək səviyyəli şiə ruhanilərinin üstünlük təşkil etdiyi Konstitusiyanın Mühafizə Şurası tərəfindən təsdiqlənib İran prezidenti Məsud Pezeşkianın təsdiqinə təqdim edilib. Pezeşkian isə öz növbəsində qarşısına qoyulan qanunun həyata keçirilməsi ilə bağlı narahatlığını bildirib. Prezident bazar ertəsi dövlət televiziyasında deyib: “Bu qanunun qəbuluna cavabdeh şəxs kimi deməliyəm ki, ciddi şübhələrim var. Bu qanuna görə biz cəmiyyətimizdə bir çox şeyi məhv etmək riskini daşıyırıq" deyən prezident əlavə edib ki, hakimiyyətdə təmsil olunanlar cəmiyyəti özündən uzaqlaşdıra biləcək hərəkətlərdən çəkinməlidirlər.

Bununla belə, Pezeşkian yaxın beş gün ərzində qanunu imzalamasa belə, parlamentin spikeri onu qüvvəyə minmiş kimi tanımaq səlahiyyətinə malikdir. Yeni məhdudiyyətlərin dekabrın 13-dən qüvvəyə minəcəyi gözlənilirdi.

Bu hadisə İranda Məclislə Prezident arasında qarşıdurmanı artıracağına bir işarədir. Amma dini rəhbərin münasibəti hələ məlum deyil. Onun göstərişi yeni qanunun qəbul olunması və ya yenidən işlənmək üçün geri qaytarılmasında mühüm rol oynayacaq.
1979-cu il İslam İnqilabından bəri İranda qadınlardan ictimai yerlərdə saçlarını örtmələri tələb olunduğuna baxmayaraq, getdikcə daha çox iranlı qadın “əxlaq polisi” tərəfindən saxlanılan Məhsa Əmininin ölümündən sonra başlayan 2022 etirazlarından sonra hicab taxmaqdan imtina edir,.

Əmini həbs edən əxlaq polisi hələ rəsmən ləğv edilməsə də, kütləvi etirazlardan sonra ölkə küçələrindən praktiki olaraq yoxa çıxıb. Yeni qanun qəbul olunarsa əxlaq polisinin yenidən küçələrə dönəcəyi istisna olunmur.

Əlimusa İbrahimov, siyasi ekspert
Xəbəri paylaş