2024-cü ildə 86 ton narkotik vasitə və 105 milyon narkotik həb müsadirə edilib.
Newscenter.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, 11 ay ərzində həyata keçirilən əməliyyatlar zamanı 32425 nəfər həbs olunub.
Bildirilib ki, təhlükəsizlik qüvvələri ilin 11 ayında narkotik vasitələrin istehsalı və ticarəti ilə məşğul olan şəxslərə qarşı 44824 əməliyyat həyata keçirib.
Əməliyyatlar nəticəsində ümumilikdə 72421 şübhəli saxlanılıb.
Bu dövrdə keçirilən əməliyyatlar zamanı təxminən 86,3 ton narkotik vasitə, o cümlədən 33 ton marixuana, 26,6 ton metamfetamin, 20,8 ton skunk, 2,1 ton heroin, 1,9 ton kokain, 1,8 ton bonzai ələ keçirilib.
Anar Əliyev