Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhkəmə qərarlarının icra olunmaması hansı nəticələrə gətirib çıxara bilər?

Məhkəmə qərarlarının icra olunmaması hansı nəticələrə gətirib çıxara bilər?


Bir sıra hallarda bu və ya digər məhkəmənin çıxardığı qərar icra edilmir ki, bu da nəticə etibarilə müəyyən problemlərin meydana çıxmasına səbəb olur.

Newscenter.az-ın xəbərinə görə, məhkəmə qərarlarının icra olunmamasından danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- 2000 min manatdan 4000 min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Onun sözlərinə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 5000 min manatdan 7000 min manatadək miqdarda cərimə nəzərdə tutulur:

"Eyni zamanda 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Anar Əliyev
Xəbəri paylaş