Qazaxıstanda ilk dəfə olaraq mikromaliyyə ombudsmanı institutu fəaliyyətə başlayacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyindən məlumat verilib.
Məlumata görə, dekabrın 21-dən mikromaliyyə ombudsmanı institutu fəaliyyətə başlayacaq.
Mikromaliyyə ombudsmanı Qazaxıstan vətəndaşlarının mikrokreditlərlə, o cümlədən vaxtı keçmiş borclarla bağlı mübahisələrini həll edir və kollektor agentlikləri ilə problemləri araşdırır.
Ombudsmanın köməyinə yalnız mikromaliyyə təşkilatlarının müştəriləri - fiziki şəxslər müraciət edə bilər. Onun xidmətləri pulsuz olacaq. Ombudsman müstəqil arbitr kimi çıxış edir və mübahisələrin məhkəməyə müraciət etmədən həllinə köməklik göstərir.
Mehman Mehdiyev