"İnsan təxminən sutkanın 12 saatını aktiv həyat yaşayır. Bunun da hər gün səhər-axşam 3 saat tıxacda qalırsa, aktiv həyatın tam 25 faizi itkiyə gedir".
Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə,
əgər 4 nəfərlik ailəyə münasibətdə hesablasaq daha dəhşətli mənzərə alınır:
"4 nəfərlik ailə səhər-axşam tıxacda qalırsa, hərəsi 25% itirir. Onda 4 nəfərin itkilərini toplayanda 100%-ə gəlib çatır. Bu isə o deməkdir ki, günlərini tıxacda keçirən hər 4 nəfərlik ailədə əslində cəmi 3 nəfər yaşayır. Yəni 4 nəfər 3 nəfərin həyatını yaşayır, onlardan hansısa biri əslində yoxdur".
Anar Əliyev