
"Almaniya Bundestaqı ölkənin federal kansleri Olaf Şoltsun rəhbərlik etdiyi koalisiya hökumətinə etimad göstərməyib. Bu səbəbdən də hökumət dağılıb. Artıq 2025 - ci ilin fevralında ölkədə növbədənkənar parlament seçkilərinin keçirilnəsinə qərar verilib. Hökumətin dağılmasının səbəbi koalisiya hökumətinin Sosial - Demokrat Partiyası və Yaşıllar Partiyası ilə birlikdəki ortağı Azad Demokrat Partiyasının hökumətdən çəkilməsidir".
Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. Onun sözlərinə görə, hazırkı hökumət daxilində uzun müddətdir ki, ciddi fikir ayrılığı yaşanırdı:
"FDP hökumətə daxil olduqdan sonra partiya lideri Kristian Linder Almaniyanın maliyyə naziri vəzifəsini gətirilmişdi. Linder uzun müddətdir ki, büdcə xərclərini stimullaşdırmaq istəyir. Lakin hökumət rəhbəri Şolts buna razı deyil. Koalisiyanın ən böyük ortağı olan sosial - demokratların ölkədəki işsizlərə daha çox müavinət ayrılması, həmçinin miqrantlara bağlı mülayim siyasi Azad Demokrat Partiyasını ciddi şəkildə narahat edir. Bu partiya ana müxalifətdə olan xristian - demokratlar kimi hərbi xərclərin azaldılması və miqrantlara qarşı sərt qanunları dəstəkləməsələrdə sərt büdcə siyasətini müdafiə edirlər. Hər ilin büdcə müzakirələri zamanı ortaya çıxan fikir ayrılıqları bu il böyük partlayışa səbəb oldu və nəticədə tərəflər yollarını ayrıldılar".
Anar Əliyev