Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikatini qəbul edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, rəsmi qarşılanma mərasimindən sonra hər iki ölkənin liderinin təkbətək görüşü keçirilib.
Rəcəb Tayyib Ərdoğan və Nəcib Mikatinin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin geniş tərkibdə görüşü keçirilib. Görüşdə Türkiyə ilə Livan arasında müxtəlif sahələrdə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.
Liderlər Yaxın Şərqdəki vəziyyət, xüsusilə Suriyadakı son proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Anar Əliyev