
"Artıq dünya sivilizasiyasının təməl prinsipləri onu diqtə edir ki, rəqibinin gücünü düzgün qiymətləndirib, uğurlarını sayğı ilə yanaşmalısan. Amma kiçilənlər, özlərini kiçik görənlər heç vaxt bu mədəniyyət nümunəsini özündə formalaşdıra bilməyiblər".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri Ramil Hüseynov səsləndirib. O deyib ki, həmin qüvvələr xaraktersizlik adlı xəstəliyə düçar olublar:
"Bu da uşaqlıqdan formalaşan bir xəstəlikdir. Bunun genetik olma ehtimalıda var".
Ramil Hüseynov onu da bildirib ki, uşaqlıq dövründən başlayaraq insanda bir düşüncə formalaşır:
"Düzdür, bu düşüncənin əsas təklifi məntiq olmasa da, sonrakı dövrlərdə mütləq məntiqə əsaslanan düşüncə formalaşmalıdır. Bunun elmi əsaslarını bizim hörmətli həkimlərimiz daha yaxşı izah edə bilər".
Süleyman