İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin bir qədər də yüksəldilməsi və vətəndaşların məmnunluq səviyyəsinin artırılması məqsədilə müasir yanaşmaların tətbiqi davam etdirilir.
Newscenter.az xəbər verir ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində tətbiq olunan yeniliklərdən biri də vətəndaşların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilən şəxsiyyət vəsiqələrinin göstərilən xidmətlər zamanı keçərli olmasından ibarətdir. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə bilər və şəxsiyyət vəsiqəsindəki məlumatların həmin sistem üzərindən təqdim edilməsi şəxsiyyət vəsiqəsinin özünün təqdim edilməsinə bərabər tutulur.
Həmin səbəbdən xidmət mərkəzlərinə müraciət edən şəxslərə Elektron Hökumət İnformasiya Sistemi üzərindən şəxsiyyət vəsiqələrinin təqdim olunması üçün imkan yaradılıb. Bu zaman kağız daşıyıcıda təqdim edilən şəxsiyyət vəsiqəsinin surətinin əvəzinə qeyd olunan sistem üzərindən götürülmüş elektron şəxsiyyət vəsiqəsi müvafiq sənədlərə əlavə edilir.
Süleyman