Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstanda ağır yol qəzası 52 nəfərin həyatına son qoydu

Əfqanıstanda ağır yol qəzası 52 nəfərin həyatına son qoydu


Əfqanıstanda baş verən iki yol qəzasında azı 52 nəfər həlak olub.

Newscenter.az xəbər verir ki, bu barədə TRT News məlumat yayıb. Bildirilib ki, hər iki yol qəza hadisəsi Qəzni əyalətində baş verib. Belə ki, iki sərnişin avtobusundan biri neft daşıyan yanacaqdoldurma maşınına, digəri isə yük maşınına çırpılıb.

Qəzalar Qəzni əyalətinin mərkəzinin Şahbaz rayonunda və Andar rayonunun Nani bölgəsində qeydə alınıb.

Yol qəzalarında 76 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılarkən, həyatını itirənlərin cəsədləri yaxınlarına təhvil verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş