
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Zirvə Toplantısının Açılış Sessiyası, eləcə də Fələstin və Livandakı vəziyyətlə bağlı Xüsusi Sessiyada iştirak etmək üçün Esenboğa Hava Limanından Misirə gedib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfər zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyənin də daxil olduğu səkkiz inkişaf etməkdə olan ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
D-8 üzvləri sonuncu dəfə iyun ayında İstanbulda bir araya gəlib və fövqəladə sammitdə 'Qəzza' məsələsi müzakirə olunub.
Qahirədə keçiriləcək sammitdə regional və qlobal məsələlərlə yanaşı, iqtisadi əlaqələr də müzakirə ediləcək.
Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində bəzi dövlət və hökumət başçıları ilə də görüşəcək.
Prezidentin liderlərlə görüşlərində ikitərəfli münasibətlərin sürətləndirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq. Bundan əlavə, İsrailin Fələstin və Livanda davam edən hücumları müzakirə olunacaq. Bölgədə sülhün təmin edilməsi üçün atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Anar Əliyev