Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran və Sinqapurda yeni iş imkanları

İran və Sinqapurda yeni iş imkanları


Qazaxıstan iş adamları heç bir maneə olmadan mallarını İran və Sinqapura ixrac edə bilirlər
Sputnik Qazaxıstan müxbiri xəbər verir ki, Senat Avrasiya İqtisadi İttifaqı ilə İran arasında, eləcə də Aİİ ilə Sinqapur arasında azad ticarət haqqında sazişi ratifikasiya edib.
Hazırda Qazaxıstan və İran arasında malların məhdud siyahısı üçün güzəştli ticarət rejimi tətbiq edilir. Bugünkü razılaşma isə rüsumsuz ticarət rejimini 87-88 faiz artırmağa imkan verir.
"Razılaşma çərçivəsində İran bir çox mallar üçün tarifləri ləğv etməyi və əsassız məhdudiyyətlər tətbiq etməməyi öhdəsinə götürür. Beləliklə, saziş proqnozlaşdırıla bilən ticarət rejimini və mallarımıza ayrı-seçkilik olunmamasına zəmanət verir", - senatorlar bildiriblər.
Sinqapur, həmçinin sazişin qüvvəyə mindiyi andan etibarən Qazaxıstan və Avrasiya İqtisadi İttifaqı ölkələrindən idxal edilən bütün mallar üçün idxal gömrük rüsumlarını ləğv edəcək.
Ticarət və inteqrasiya nazirinin müavini Janel Kuşikovanın sözlərinə görə, bu gün Sinqapurda ərzaq məhsulları bahadır. Qazaxıstanın təbii məhsullarına maraq var. Ona görə də sahibkarlar üçün böyük imkanlar açılır.
Xəbəri paylaş