Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Nesrin Amed" kod adlı terrorçu məhv edildi

"Nesrin Amed" kod adlı terrorçu məhv edildi


Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində keçirdiyi əməliyyatda PKK/PAJK-nın qondarma lideri "Nesrin Amed" kod adlı Yayla Kızılkayanı zərərsizləşdirib.

Newscenter.az xəbər verir ki, bu barədə MİT özü məlumat yayıb. Bildirilib ki,
14 yaşında terror təşkilatı PKK-nın kənd kadrlarına qoşulan Yayla Kızılkayanı Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətinə görə hədəf siyahısına daxil edilib.

Suriyada PKK-nın qadın kadrlarının idarə olunması ilə məşğul olan Kızılkaya getdiyi bölgələrdə qadın kadrlarla görüşlər keçirir və onları yoxlayırdı.

Kızılkaya suriyalı qadınlara yönəlmiş ideoloji fəaliyyətlərin ümumi koordinasiyasından da məsul olub.

Mehman Mehdiyev
Xəbəri paylaş