Paytaxtın məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün diaqnostik qiymətləndirmənin test mərhələsi keçirilib. Newscenter.az xəbər verir ki, qiymətləndirmədə 3 944 tərbiyəçi-müəllim və metodist iştirak edib
Qeyd edək ki, ilk dəfə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən heyətin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasından ibarətdir.
Ruhiyyə Mehdiyeva