Birləşmiş Ştatarın yeni seçilmiş prezidenti Donald Trampın Kreml rəhbəri Putinlə görüş mümkünlüyü barədə açıqlamasına Moskvadan reaksiya gəldi.
Moskvada hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında görüşün təşkili üçün hələ heç bir ilkin şərt yoxdur.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bir gün əvvəl Tramp Ukrayna münaqişəsinin həlli üçün Putinlə görüş keçirmək fürsətini gözlədiyini bildirib.
Mehman Mehdiyev