Qlobal xam polad istehsalı noyabr ayında keçən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 146,8 milyon tona çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən verdiyi xəbərə görə, bu ölkənin xam polad istehsalı isə eyni dövrdə 0,7 faiz artaraq 3 milyon tona çatıb.
Sözügedən dövrdə Çin istehsalı 2,5 faiz artaraq 78,4 milyon tona çatdırıb. Eyni dövrdə Yaponiyanın istehsalı 3,2 faiz azalaraq 6,9 tona, ABŞ-ın istehsalı 2,8 faiz azalaraq 6,4 milyon tona düşüb, Almaniyanın istehsalı isə 8,6 faiz artaraq 2,9 milyon ton təşkil edib.
Cari ilin yanvar-noyabr dövründə qlobal xam polad istehsalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azalaraq 1 milyard 694 milyon tona düşüb.
Mehman Mehdiyev