Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının yeni xəritəsi cızılır

Türk dünyasının yeni xəritəsi cızılır


Ortaq Türk Əlifbası qərarından sonra sıra Türk Dünyasının ortaq xəritəsini hazırlamağa gəlbi.

Newscenter.az xəbər verir ki, Türk Dünyasının ortaq xəritəsi ilə bağlı ilk məlumatı TRT Haber kanalına Xəritəçəkmə Qurumunun baş direktoru, general-mayor Osman Alp verib.

O bildirib ki, Türk Dünyası ortaq tarix, coğrafiya, ədəbiyyat, xəritə və ortaq əlifba baxımından çox mühüm addımlar atır.

Onun sözlərinə görə, Türkiyə Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin kartoqrafiya qurumlarının rəhbərləri və ölkənin hərbi attaşelərinin iştirakı ilə Ankarada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Xəritəçəkmə Qurumları Rəhbərlərinin 1-ci Toplantısı keçirilib.

"Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə bu qurumun üzvüdür. Macarıstan, KKTC və Türkmənistanın müşahidəçi olduğu ölkələrin nümayəndələri türk dünyasının ortaq xəritəsini hazırlamaq üçün bir araya gəlib. Xəritə ölkələrin müdafiəsinin ən vacib açarlarından biridir. Biz kartoqraflar İbn Xəldunun "Coğrafiya qismətdir" kəlamına əsaslanaraq coğrafiyanın çox yaxşı bilinməsinin lazım olduğunu iddia edirik. Biz qəbul edirik ki, coğrafiyanı yaxşı bilməyin yolu xəritədən keçir ki, bu da inkişafın ən mühüm açarlarından biri və xəritədən keçir. Bu səbəblə kartoqrafiya sahəsində keçirilən bu toplantının ölkə müdafiəsi üçün daha çox mənası var",-deyə o, vurğulayb.

Qeyd edək ki, sözügedən iclasda iştirakçılar tərəfindən bəyannamə imzalanıb.

General-mayor deyib ki, imzalanan sənəddə bəyannamə ilə kartoqrafiya sahəsində texniki bilik və təcrübənin bölüşdürülməsi, təlim və məsləhətlərin verilməsi, birgə xəritə istehsalı üçün standartların yaradılması, rəqəmsal kartoqrafiya tətbiqləri üçün əməkdaşlıq və bu məsələlərlə bağlı texniki araşdırmaların aparılması razılaşdırılıb.

Osman Alp deyib ki, bu, bizim birliyimizin və həmrəyliyimizin təmin olunmasına mühüm töhfə verəcək.

Anar Əliyev
Xəbəri paylaş