Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan XXI əsrin ən uğurlu və perspektivli dövlətlərindəndir

Azərbaycan XXI əsrin ən uğurlu və perspektivli dövlətlərindəndir


"Prezident İlham Əliyev Azərbaycan xalqının haqq mübarizəsini bütün cəbhələrdə - dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının mətbuat və informasiya şöbəsinin müdiri Nurlan Qələndərli səsləndirib. Bildirib ki, O, qətiyyətli Lider, müdrik dövlət xadimi, vətənpərvər şəxsiyyət, cəsur sərkərdə və məğrur Ali Baş Komandan kimi Azərbaycan xalqına verdiyi vədi, torpaqlarımızın azad olunması ilə əlaqədar şərəf sözünü, Vətənə sədaqət andını və ata vəsiyyətini yerinə yetirdi:

"O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında uğurlu siyasət yeridə, məqsədə çata biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi.
Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycan toqquşma - qarşıdurma deyil, dialoq və əməkdaşlıq məkanına çevrilib. Güc mərkəzlərinin əhatəsində sabitliyi siyasi fenomenə, inkişafı daimi prosesə çevirməyi bacaran Azərbaycan XXI əsrin ən uğurlu və perspektivli dövlətlərindəndir".

Süleyman
Xəbəri paylaş