Avropada evsizlik problemi nəzarətdən çıxır.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, Avropa Birliyi ölkələrində və Böyük Britaniyada hər gecə təxminən bir milyon insan küçələrdə yatır. Almaniya və Fransa kimi ölkələrdə küçələrdə və ya müvəqqəti qayğı evlərində yaşayanların sayı son 10 ildə iki dəfə artıb.
Bu artım qismən iqtisadi şəraitin pisləşməsi, əlverişli mənzil çatışmazlığı və COVID-19 pandemiyasının davam edən təsirləri ilə əlaqələndirilir.
Mehman Mehdiyev