Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 72 nəfər olub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərindən 3 kilometr aralıda məcburi eniş edib.
Təyyarə Xəzər dənizi üzərində "SOS" siqnalı verib. Bundan sonra o, Qazaxıstana gedib və Aktau hava limanında qəzaya uğrayıb.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 67 sərnişin və 5 ekipaj üzvü olub.
Anar Əliyev