Brüssel küçələrində 10 minə yaxın evsiz yaşayır.
Newscenter.az Röyters-ə istinadən xəbər verir ki, paytaxtda 3250 nəfərlik sığınacaq olsa da, ancaq evsizlərin sayı da durmadan artır.
Ölkədə fəaliyyət göstərən təşkilatlar sığınacaqların sayının artırılmasını istəyir.
Mərkəzi rayonlardan biri olan Schaerbeekdəki otel 104 çarpayılıq evsizlər üçün sığınacaq mərkəzinə çevrilib. Çarpayıların 14-də subay kişilər, 90-da isə ailələr yerləşdirilib.
Qida və geyim paylanması kimi xidmətlər Brüsselə bağlı 19 bələdiyyədən 12-də başlayıb.
Anar Əliyev