Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın Rusiyaya qarşı addımları

Paşinyanın Rusiyaya qarşı addımları


Ermənistan Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri -rəsmi sammitinə koronovirusa "yoluxduğunu" bəhanə edərək qatılmadı. Bir neçə gün bundan əvvəl, Moskvada Avrasiya ittifaqınin sammitində V. Putin N. Paşinyanla görüşmədi. Göründüyü kimi N. Paşinyan buna cavab olaraq Sankt-Peterburqa verməməklə cavab verdi. Ermənistan Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə getdikcə qatılmadan imtina edir. KTMT tədbirlərindən imtina edib. MDB baykot edir. Avrasiya İttifaqının sammitinə məhz öz iqtisadi maraqlarını təmin etmək üçün qatılır.
Ermənistan Baş naziri Rusiyanın moderator olduğu KTMT, MDB və Avrasiya İttifaqından çıxacaq. Bunun üçün ilk növbədə 2026-ci ildə növbəti dəfə seçkilərdə qalib gəldikdən sonra bu addımı atması mümkündür. Təbii ki, Ermənistan rəhbərliyi ilk növbədə Rusiyanın Ukraynada məğlubiyyətini və Azərbaycanla sülh müqaviləsinin bağlanmasını gözləyir.
Məhəmməd Əsədullazadə
Xəbəri paylaş