Birləşmiş Ştatlarda yenidən quş qripi geniş şəkildə yayılmağa başlayıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, ABŞ heyvan sığınacağında quş qripi 20 pişiyi öldürüb.
Hadisə ABŞ-ın Vaşinqton ştatındakı heyvan sığınacağında qeydə alınıb.
Ölən heyvanlar arasında bir Benqal pələngi, dörd puma, beş Afrika serval pişiyi və iki Kanada vaşağı da var.
Quş qripinə səbəb olan virusun çöl quşlarından yayıldığı və əsasən tənəffüs ifrazatları və quşdan quşa təmas yolu ilə ötürüldüyü məlumdur. Virus quşları və ya quş məhsullarını istehlak edən məməlilərdə də infeksiyaya səbəb ola bilər.
Anar Əliyev