Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli Aktau şəhərində "Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması və çox sayda insanın itkisi ilə bağlı zəng edərək Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədova başsağlığı verib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı səfir Rəşad Məmmədov verib.
"Çətin günlərimizdə acımızı bölüşüb mənəvi dəstək olduğu üçün böyük türk millətçisi və türk dünyasının sevdalısı cənab Bahçeliyə ürəkdən təşəkkürlərimi bildirirəm", -deyə diplomat bildirib.
Anar Əliyev