
“Embraer” təyyarə istehsalı şirkətinin nümayəndələri Qazaxıstana gəlir.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan Nəqliyyat Nazirliyi təyyarə qəzası ilə bağlı aviasiya qəzasını araşdırmaq üçün komissiya yaradıb.
"Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları aviasiya hadisəsi yerindədir. İstintaq mərhələsi çərçivəsində işlər aparılır". Nazirliyin mətbuat xidmətindən bildirilib.
Agentliyin məlumatına görə, Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana səfərə gəliblər.
Anar Əliyev