Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Palmali" Şirkətlər Qrupunda təyyarə qəzasında həlak olanlar yad edilib

"Palmali" Şirkətlər Qrupunda təyyarə qəzasında həlak olanlar yad edilib


Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi, baş ofisi İstanbulda yerləşən "Palmali Holding"də bir dəqiqəlik sükutla yad edildi.

Matəm günü münasibətilə "Palmali" İdarə Heyətinin Sədri Mübariz Mənsimovun təlimatı ilə holdingin girişində yerləşən dövlət bayrağı və digər bayraqlar yarıyadək endirildi. Həmçinin, çoxmillətli "Palmali" kollektivi faciədə həyatını itirmiş insanların xatirəsini ehtiramla yad etmək üçün bir araya gəldi. "Palmali Holding"in İdarə Heyətinin Sədri başda olmaqla, şirkətdə çalışan və müxtəlif millətləri təmsil edən təxminən 100 əməkdaş həlak olanları yad etdilər və ölənlərin ruhuna dualar oxundu.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan itkisi yaşanmışdır. Bununla əlaqədar olaraq, dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Təyyarə qəzasında həlak olmuş insanlara Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik.

]

Süleyman
Xəbəri paylaş