Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qara dəniz sahillərində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Rusiya Qara dəniz sahillərində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib


Rusiya Qara dəniz sahillərində neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, bu Rusiyada bəzi sahilyanı şəhərlərdə Qara dənizdə fırtına nəticəsində zədələnmiş iki tanker gəmisindən sızan neftin yaratdığı çirklənmə ilə əlaqədardır.


Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi yazılı açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntılarının səbəb olduğu ətraf mühitin çirklənməsi ilə mübarizənin davam etdiyi bildirilib.

Açıqlamada mübarizənin daha effektiv davam etdirilməsi üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox komanda və maliyyə vəsaitinin ayrılacağı bildirilib.

Bəzi türk şirkətləri də bölgədəki işlərə intensiv dəstək verir.

Anar Əliyev
Xəbəri paylaş