İlkin məlumatlar təsdiq edir ki, təyyarəyə xaricdən müdaxilə olub və bunu artıq rəsmi qurumlar da təsdiq edir. Hər bir halda hadisə baş verib, tam təsadüf də olsa da.. Bu hadisə Rusiya ərazisində baş verib və burda ən vacib məqam üzr istəməkdir.
Bu böyüklüyü Azərbaycan bir neçə dəfə nümayiş etdirib. Bunu Azərbaycan Rusiya münasibətlərinin yüksək səviyyəsi diqtə edir. Ən azından bu hadisədən "yararlanıb" münasibəti korlamaq istəyənlərə əsas verməmək, hər iki ölkənin xoş münasibətində mənfi çalar yaranmamasına çalışmaq lazımdır.
Mən inanıram ki, Rusiya rəhbərliyi baş verən hadisə ilə bağlı baş verən hadisənin təsadüf olduğunu, yəni qəsdli olmadığını etiraf edəcək və baş vermiş hadisəyə görə Azərbaycan dövlətindən , xalqından üzr istəyəcək və zərərçəkənlərin ailələrinə maddi təzminat ödəyəcəkdir....
Rəşad Quliyev