Türkiyədə FETÖ terror təşkilatına qarşı daha bir genişmiqyaslı əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyat 27 vilayətdə baş tutub.
Əməliyyat barədə daxili işlər naziri Ali Yerlikaya da sosial media hesabında məlumat verib.
Nazir bildirib ki, son 10 gündə 27 vilayətdə FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 93 şübhəli saxlanılıb.
"FETÖ liderinin ölümündən sonra belə bu xain terror təşkilatına qarşı mübarizəmizi dayandırmırıq. Bu xain quruluşu aradan qaldırana qədər mübarizəmizə davam edəcəyik”,-deyə nazir bildirib.
Mehman Mehdiyev