Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fondun xərcləri büdcəyə edilən transferlərlə bitmir

Fondun xərcləri büdcəyə edilən transferlərlə bitmir


"Dövlət Neft Fondu 2025-ci ildə dövlət büdcəsinə öz gəlirindən 29 milyon manata yaxın daha çox pul köçürməlidir. Çünki, fondun gələn il üçün təsdiqlənən büdcə sənədinə əsasən gəliri 14,452 milyard manat, dövlət büdcəsinə transfer isə 14, 481 milyard manat olacaqdır. Bu isə o deməkdir ki, dəqiq rəqəmlərlə transfer həcmi gəlirləri 28,5 milyon üstələyəcəkdir".

Newscenter.az xəbər verir ki, bunları iqtisadçı Eldəniz Əmurov deyib. O bildirib ki, Fondun xərcləri büdcəyə edəcəyi tranferlə bitmir:

"Transfer ümumi xərclərin 98,9 faizini təşkil edir. İkinci böyük xərc isə gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının maliyyələşdirilməsi üçün 90,7 milyon manatdır ki, bu da ümuni xərcin 0,62 faizini təşkil edir".

İqtisadçı deyib ki, bundan əlavə Azərbaycanının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə maliyyələşdirilmə üçün 24,7 milyon manat ayrılacaq:

"Fondun idarə edilməsi ilə bağlı xərclər isə 43,7 milyon manat proqnoz edilir.

Beləliklə, xərclərin ümümi həcminin 14,640 milyard manata çatacağı gözlənilir ki, bu da xərcin gəlirdən 187,6 milyon manatdan çox ola biləcəyi deməkdir".

Anar Əliyev
Xəbəri paylaş